Beynəlxalq təşkilatlar
- Yazar
- 23-okt-2025, 00:49
- 69 Baxış

Ölkələrarası əlaqələrin güclənməsində inteqrasiyaların (lat. “inteqrasiya” -“qovuşma”, “birləşmə”) rolu getdikcə artır. İnteqrasiyanın ən mühüm növü beynəlxalq iqtisadi inteqrasiyadır. Beynəlxalq iqtisadi inteqrasiyaya nail olmaq üçün bir neçə mərhələ keçmək lazımdır.

Beynəlxalq iqtisadi inteqrasiyanın ən sadə forması güzəştli ticarət zonasıdır. Bu zonaya daxil olan ölkələr müəyyən məhsulların ixrac və idxalına güzəştlərin tətbiqini nəzərdə tutur. Güzəştli ticarət zonası ilə azad ticarət zonası arasında fərq böyük olmur. Çünki güzəştli ticarət zonasının məqsədi sonda azad ticarət zonasını yaratmaqdır.
Azad ticarət zonasında gömrük rüsumları və ticarət məhdudiyyətləri ləğv olunur. Bu zonaya daxil olmayan ölkələrə isə gömrük rüsumları tətbiq oluna bilər ki, buna da nəzarəti gömrük ittifaqı həyata keçirir. Gömrük ittifaqının məqsədi üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha sıx qurulmasıdır. Mal və xidmətlərin sərbəst hərəkəti ilə bərabər, kapitalın və işçi qüvvəsinin sərbəstliyini təmin etmək üçün ümumi bazar formalaşır. İnteqrasiyanın bu mərhələsində üzv ölkələr arasında fiziki (sərhədlər), texniki (standartlar) və maliyyə (vergilər) faktorları maksimum səviyyədə uyğunlaşdırılır.
Beynəlxalq iqtisadi inteqrasiyanın nisbətən mürəkkəb mərhələsi iqtisadi ittifaqdır. İqtisadi ittifaq üzv olan ölkələrdə məhsul istehsalı tənzimlənir, birgə xarici ticarət siyasəti yeridilir. Bu, eyni anda gömrük ittifaqına və ümumi bazara tətbiq edilir.
Növbəti mərhələ iqtisadi və valyuta birliyi adlanır. Birliyə daxil olan ölkələrdə iqtisadi və vahid valyutanın tətbiq edilməsi siyasəti həyata keçirilir.
Beynəlxalq iqtisadi inteqrasiyanın son mərhələsi tam iqtisadi inteqrasiyadır. Bu mərhələdə üzv olan ölkələr iqtisadi siyasəti təkbaşına həyata keçirə bilmir. Ölkələr arasında inteqrasiya bütün sahələri (maliyyə, xarici siyasət, təhsil, ekologiya və s.) əhatə edir.



| Təşkilat | Fəaliyyət istiqaməti | Üzv olan ölkələr |
![]() Şimali Amerika Azad
Ticarət Zonası (NAFTA) |
1994-cü ildə təsis olunub, ticarət, xidmət, investisiya, işçi qüvvəsi mübadiləsi və ekoloji maarifləndirmə sahəsində əməkdaşlığı həyata keçirir. | |
![]() Latın Amerikası İnteqra-
Assosiasiyası (ALADİ) |
1969-cu ildə təsis edilən And ölkələri, Latın Amerikası Azad Ticarət Zonası 1980-ci ildən ALADİ kimi fəaliyyət göstərir. Latın Amerikası ölkələri arasında ticarət-iqtisadi əlaqələrini həyata keçirir. | |
![]() İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) |
1969-cu ildə təsis edilən İslam Konfransı Təşkilatı 2011-ci ildən İƏT kimi fəaliyyət göstərir. İƏT iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardımın göstərilməsini həyata keçirir. | |
![]() |
1991-ci ildə təsis olunub, keçmiş SSRİ ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsini həyata keçirir. | |
![]() Assosiasiyası (ASEAN) |
1967-ci ildə təsis olunub, siyasi, iqtisadi və mədəni regional əməkdaşlığı həyata keçirir. |

Beynəlxalq inteqrasiyalar siyasi, iqtisadi, sosial, mədəni və s. istiqamətlərdə də ola bilər. Bu tip inteqrasiyalar sahəvi təşkilatların yaranmasına səbəb olur. Hər bir sahəvi təşkilat müəyyən məqsədə xidmət edir. Onlar insanları sülhə, əmin-amanlığa və həmrəyliyə səsləyir, dünyada təhlükəsizliyin təmin olunmasına çalışır. Bunlara Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Ümumdünya Turizm Təşkilatı (ÜTT), Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (ISESKO), BMT-nin Maarif, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO) və s. aiddir.
| TƏŞKİLAT | FƏALİYYƏT İSTİQAMƏTİ |
![]() |
IAEA - Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 1957-ci ildən BMT-nin ixtisaslaşdırılmış agentliyidir. Nüvə texnologiyasının dinc məqsədlərlə istifadə edilməsi sahəsində elmi-texniki əməkdaşlığı həyata keçirir. 168 ölkə AEA-nın üzvüdür. |
![]() |
UNWTO - 1925-ci ildə təsis edilən "Turizmin təbliği üzrə rəsmi təşkilat" 1975-ci ildən ÜTT kimi fəaliyyət göstərir. BMT yanında ixtisaslaşdırılmış bir qeyri-hökumət təşkilatıdır. Üzv olan ölkələr arasında turizm sahəsi üzrə koordinasiya yaradır və vahid statistik məlumat bazasını formalaşdırır. |
![]() |
İSESCO - Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə islam Təşkilatı 1979-cu ildə təşkil olunmuşdur. iSESKO-nun yaradılmasında əsas məqsəd islam ölkələrinin həmrəyliyini təmin etməkdir. Təşkilata 57 ölkə daxildir. Ölkələrin islam Əməkdaşlıq Təşkilatının üzvü olması vacib şərtdir |
![]() |
UNESCO -BMT-nin Maarif, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı 1945-ci ildən fəaliyyət göstərir. YUNESKO insanların irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək edir. 190 ölkə butəşkilatınüzvüdür. |
Aygün Qurbanova
MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12