İqtisadi və sosial coğrafiya

Dövlət ərazisi və ölkələrin geosiyasi mövqeyi

  • Yazar
  • 23-okt-2025, 01:09
  • 27 Baxış

 

         

Coğrafi mövqe ölkənin digər ölkə və coğrafi obyektlərə nəzərən mövqeyidir. Hər bir ölkə bir neçə ölkə ilə quru və ya su sərhədlərinə malik olur və bu sərhədlər müxtəlif
təbii obyektlərdən keçir. Həmsərhəd ölkələrin çox olması ölkənin iqtisadi inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Bu, geniş sosial-iqtisadi
əlaqələrin qurulmasına imkan verir. Ölkənin mövqeyi fiziki, iqtisadi və siyasi baxımdan qiymətləndirilir.

Fiziki-coğrafi mövqe – ölkənin materik və okeanlara, dağ və düzənliklərə, digər təbii obyektlərə nəzərən mövqeyidir.

İqtisadi-coğrafi mövqe (İCM) – ölkənin coğrafi mövqeyi ilə bağlı olan, onun iqtisadi inkişafına təsir edən təbii və iqtisadi amillərin məcmusudur. Əgər ölkənin dənizə çıxışı varsa, böyük nəqliyyat magistrallarına və mühüm faydalı qazıntı yataqlarına yaxındırsa, onunla qonşu olan ölkələrin inkişaf səviyyəsi yüksəkdirsə, bu həmin ölkənin iqtisadi inkişafına təkan verir.

  

Siyasi-coğrafi mövqe – ölkənin dövlətlərarası siyasi münasibətlər sistemindəki mövqeyidir. Bu, ilk növbədə, ölkənin regiondakı mövqeyidir, hərbi və siyasi təşkilatlara, siyasi münaqişə ocaqlarına nəzərən dəyərləndirilir. Qlobal miqyasda siyasi- coğrafi mövqe geosiyasi mövqe adlanır.

Ölkənin geosiyasi rolunu təyin edən amillər
ÖLKƏNİN GEOSİYASİ ROLU
Digər amillər
• siyasi təsir dairəsi
• ölkədaxili sabitlik (münaqişələr, problemlərin
mövcudluğu)
• vətəndaşların sağlamlığı
Əsas amillər
• iqtisadi gücü (ÜDM-in həcmi)
• hərbi gücü (hərbi büdcə, nüvə potensialı,
hərbi qüvvənin sayı)
• təbii resursların həcmi
Ölkənin fiziki-coğrafi, iqtisadi-coğrafi və geosiyasi mövqeləri bir-biri ilə sıx bağlıdır və biri digərinə təsir edir.
Hər bir dövlətin quru və su əraziləri, hava məkanıdövlət ərazisi adlanır. Dövlətin su sərhədləri onun sahillərindən 12 dəniz mili (1 dəniz mili = 1852 m) məsafəsi qəbul olunur. Bu hissəyə məhəlli sular deyilir. Sahildən 200 milədək məsafədə yerləşən su akvatoriyası iqtisadi zona adlanır. İqtisadi zona bütün dövlətlər tərəfindən nəqliyyat-kommunikasiya məqsədləri üçün istifadə oluna bilər. Burada yerləşən təbii ehtiyatlar isə yalnız sahilyanı dövlətin ixtiyarında olur. 200 mildən kənarda yerləşən okean və dəniz suları neytral sular sayılır və bütün dövlətlərə açıqdır.
Ölkənin mövqeyi 3 səviyyədə və ya miqyasda qiymətləndirilə bilər: mikro, mezo və makro mövqe. Mikro mövqe – ölkənin qonşu ölkələrə nəzərən, mezo mövqe – regionda, makro mövqe isə bütün dünyadakı iqtisadi və siyasi mərkəzlərə nəzərən mövqeyidir.

Ölkələrin geosiyasi mövqeyini, qlobal miqyasda dövlətlərarası əlaqələri siyasi coğrafiyanın qolu olan geosiyasət elmi öyrənir.dairəsinin təyin ediməsi

Müxtəlif ölkələrlə münasibətlər sisteminin
qurulması: müttəfiqlərlə, rəqiblərlə,
qonşularla, digər ölkələrlə

GEOSİYASƏT

Dövlətin maraqlarının təmin edilməsi metodlarının işlənilməsi
Siyasi metodlar
Kulturoloji metodlar
Hərbi metodlar
İqtisadi metodlar

Müasir dünyada geosiyasi mövqeyə baxışlar xeyli dəyişmişdir. Xüsusilə hərbi qüvvə amilinin rolu və dövlətlərin böyüklüyünün əhəmiyyəti azalmaqdadır. Millətçilik və separatizm (ölkələri müxtəlif hissələrə bölmək siyasəti) siyasi sabitliyin pozulmasının əsas amilinə çevrilmişdir. “Marionet” hökumətlərin (güclü xarici dövlətin diktəsi ilə siyasət yürüdən, müstəqilliyi formal xarakter daşıyan dövlət) yaradılması və yeni iqtisadi imperializm siyasəti həyata keçirilir. Dövlətin iqtisadi qüdrəti dünya siyasətində mühüm amilə çevrilmişdir. Son illərdə planetimizdə qlobal pandemiya fonunda siyasi-iqtisadi hadisələr çox sürətlə inkişaf edir. Artıq bu hadisələr yalnız ayrı-ayrı ölkələri deyil, Avropa, həmçinin Mərkəzi, Şərqi və Cənub-Qərbi Asiyanı əhatə etmişdir. Bunların səbəbi böyük dövlətlərin (super güclərin) toqquşan maraqlarıdır. Bu proseslər dünyanın siyasi xəritəsində köklü dəyişikliklərə səbəb ola bilər.

                                                                                                                                                           Aygün Qurbanova

MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə: 050-768-97-12


Mamedoğlu | Veb Dizayn və Proqramlaşdırma Xidmətləri
img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 9 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?