İnsanın inkişaf əmsalı
- Yazar
- 09-noy-2025, 11:49
- 52 Baxış
Dünya ölkələrinin inkişaf səviyyəsini və bu ölkələrdə yaşayan əhalinin həyat səviyyəsini müqayisə etmək üçün İnsan İnkişafı İndeksi (İİİ) göstəricisi hesablanır.1990-cı ildən BMT-nin İnkişaf Proqramı çərçivəsində “İnsan İnkişafı haqqında Məruzə” hazırlanır və hər il çap edilir. Proqramda göstərilir
İnsan İnkişafı İndeksini hesablamaq üçün aşağıdakılar müəyyən edilir:
1) uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);
2) təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);
3) layiqli yaşayış standartları (gəlir əsasında hesablanan alıcılıq qabiliyyəti).
BMT-nin hesabatlarında İnsan İnkişafı İndeksi 0,800-dən yuxarı olan ölkələr çox yüksək, 0,799-0,700 arasında əmsala malik olan ölkələr yüksək, 0,550-0,699 arasında əmsala malik olan ölkələr orta, 0,350-0,549 arasında əmsala malik olan ölkələr aşağı inkişaf səviyyəsinə aid edilir. 2022-ci il üçün tərtib edilmiş siyahıya əsasən İnsan İnkişafı İndeksinə görə ilk beş yerdə İsveçrə, Norveç, İslandiya, Avstraliya, və Danimarka durur. 158 ölkə arasında son beş yer Burundi, Burkina-Faso, Çad, Niger, MAR-a məxsusdur. Azərbaycan 0,745 bal ilə 91-ci yeri tutur.
İnsanların həyat səviyyəsi bir çox amillərdən - sağlamlıq, maddi vəziyyət, mənzil və işlə təminat, təhsil almaq imkanları və s.-dən asılıdır. Dünyada insanların həyat səviyyəsini müəyyən etmək üçün iki əsas göstərici - həyat şəraiti və həyat keyfiyyəti qəbul olunmuşdur.
Həyat şəraiti insanların maddi vəziyyətlərinin səviyyəsi ilə xarakterizə edilir. Onun müəyyən edilməsi üçün adambaşına düşən iqtisadi göstəricilərdən istifadə olunur. Əhalinin həyat keyfiyyəti isə maddi dəyərlərlə yanaşı, ekoloji, iqtisadi, mədəni və sosial amillərin də nəzərə alınmasını tələb edir.
| Ekoloji amillər | İqtisadi amillər | Mədəni amillər | Sosial amillər |
| ətraf mühitin vəziyyəti və ərazinin rekreasiya imkanları |
işsizliyin səviyyəsi, iş həftəsinin və iş saatlarının uzunluğu, ödənişli məzuniyyətin müddəti |
adambaşına çap olunmuş nəşrlərin həcmi, iş yerində şərait, ali təhsilin səviyyəsi |
tibbi təminat, vətəndaşların təhlükəsizliyi, özünü realizə etmək imkanları, insan hüquqlarının qorunması |
Müxtəlif ölkələrdə insanların həyat səviyyəsini müəyyən etmək üçün BMT-nin İnkişaf Proqramı çərçivəsində hər il üçün İnsan İnkişaf İndeksi (İİİ) hesablanır. İİİ-nin əsas göstəriciləri - orta ömür müddəti, ÜDM-in adambaşına düşən həcmi və təhsil alanların sayıdır.
Dünya ölkələri İİİ-yə görə bir-birindən kəskin fərqlənir. İİİ-nin səviyyəsi 0-dan 1-ə kimi göstərici ilə ifadə olunur.
İİİ-nin vahidə bərabər olduğu ölkələr üçün aşağıdakılar səciyyəvidir:
Bu göstəricilərə daha yaxın olan dövlət Norveçdir. Bu ölkədə İİİ 0,944-dür (0,9).
İİİ-nin ən aşağı göstəricisi 0-a bərabərdir. Bu ölkələrdə:

| 0,8 və yuxarı | • həyat səviyyəsi yüksək olan ölkələr |
| 0,5-0,8 | • həyat səviyyəsi orta olan ölkələr |
| 0,5-dən aşağı | • həyat səviyyəsi aşağı olan ölkələr |
| İİİ-nin ölkələr üzrə göstəricisi | |||||
| Yüksək | Orta | Aşağı | |||
| 1. Norveç | 0,944 | 186. Eritreya | 0,391 | ||
| 2. Avstraliya | 0,935 | 78. Azərbaycan | 0,620 | 187. Çad | 0,392 |
| 3. İsveçrə | 0,930 | 188. Niger | 0,348 | ||
Hər hansı bir ölkənin ÜDM-nin adambaşına düşən payı ilə İİİ arasındakı asılılığı şərtidir. ÜDM-in adambaşına düşən payının təqribən eyni olduğu müxtəlif ölkələrdə İİİ fərqli ola bilər. Ölkənin İİİ reytinqinin yüksək olması həmin ölkədə sosial yönümlü proqramların həyata keçirilməsini əks etdirir.
Nümunə izah:
https://youtube.com/shorts/wWYOkS4rUWM?si=q0CqBEsrzG99cva4
Aygün Qurbanova
MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12