Ölkələrin inzibati ərazi quruluşu
- Yazar
- 09-noy-2025, 11:28
- 50 Baxış
Ölkələr idarə edilməsinə görə fərqli olduğu kimi, inzibati ərazi quruluşuna görə də müxtəlifdir. İnzibati ərazi bölgüsü ölkənin idarə edilməsi üçün ayrılan ərazi vahidləridir. Bu xüsusiyyətinə görə dövlətlər unitar və federativ olur. Unitar (latın dilində – vahid, tək) dövlətlər vahid mərkəzdən idarə edilir. Belə ölkələrin tərkibindəki inzibati ərazi vahidləri – rayon, vilayət, mahal və s. adlandırıla bilər. Lakin bu inzibati vahidlər siyasi müstəqilliyə, yəni özünüidarə hüquqlarına malik deyil. Onların mədəni, iqtisadi idarəetmə hüquqları ola bilər. Azərbaycan, Türkiyə, İran, Fransa, Yaponiya, Misir, İtaliya, Çili və digər çoxsaylı belə dövlət vardır.
Azərbaycan Respublikasının ərazisi, digər ölkələrdə olduğu kimi, kiçik inzibati ərazilərə bölünmüşdür. İnzibati ərazi bölgüsü - yaşayış məntəqəsi və ona məxsus torpaqlardan təşkil olunur. Hazırda respublika ərazisində 66 inzibati rayon mövcuddur.
İnzibati ərazi bölgüsünün federativ forması (latın dilində ittifaq, birlik) müəyyən müstəqilliyə malik olan müstəqil ərazilərin könüllü olaraq bir dövlətdə birləşməsidir. Federativ ölkələrin sayı azdır. Ştat, respublika, torpaq və s. adlandırılan inzibati vahidlər müəyyən qədər siyasi özünüidarə hüquqlarına malikdir. Onlar xarici siyasət, ordu, pul və s. məsələlərin həllində birgə fəaliyyət göstərir. Ərazi vahidləri müxtəlif xüsusiyyətlərinə görə fərqlənir.
Məsələn, Rusiya, Hindistan, Nigeriyada ərazi vahidləri milli-etnik əlamətlərə görə, ABŞ, Kanada, Meksika, Avstraliya, Avstriya və s. ölkələrdə isə tarixi-coğrafi xüsusiyyətlərinə görə yaranmışdır. Federativ ölkələrin tərkibinə daxil olan subyektlərin müstəqilliyi daha yüksək olduqda konfederasiya (məsələn, İsveçrə) adlanır.
🌍 1. Avropa
Federativ sistem burada daha çox tarixi və dil müxtəlifliyi səbəbindən formalaşıb.
№-Ölkə-Federativ vahidlər
1.Almaniya - 16 federal əyalət
2.Avstriya-9 federal əyalət
3.Belçika-3 icma + 3 region
4.İsveçrə-26 kanton
5.Bosniya və Herseqovina-2 subyekt + Brçko dairəsi
6.Rusiya Federasiyası (hissəsi Avropada)-89 federativ subyekt
🌎 2. Amerika (Şimali və Cənubi Amerika)
Dünyada ən çox federasiya bu qitədə yerləşir.
№-Ölkə-Federativ vahidlər
1.ABŞ-50 ştat + federal dairə
2.Kanada-10 əyalət + 3 ərazi
3.Meksika-31 ştat + federal dairə
4.Braziliya-26 ştat + federal dairə
5.Argentina-23 əyalət + federal ərazi
6.Venesuela-23 ştat + federal rayon
🌏 3. Asiya
Asiyada federasiyalar adətən çoxmillətli və geniş ərazilərə malik dövlətlərdir.
№-Ölkə-Federativ vahidlər
1.Hindistan-28 ştat + 8 ittifaq ərazisi
2.Pakistan-4 vilayət + federal ərazi
3.Malayziya-13 ştat + 3 federal ərazi
4.Birləşmiş Ərəb Əmirlikləri-7 əmirlik
5.Nepal-7 əyalət
6.Myanma (Birma)-7 ştat + 7 region
7.Rusiya Federasiyası (hissəsi Asiyada)-89 federativ subyekt
8.Somali-6 federal üzv dövlət
4. Afrika
Afrikada federativ model əsasən etnik və regional balans üçün yaradılıb.
№-Ölkə-Federativ vahidlər
1.Nigeriya-36 ştat + federal ərazi
2.Efiopiya-12 region + 2 şəhər administrasiyası
3.Sudan-18 ştat
4.Cənubi Sudan-10 ştat
5.Komor adaları-3 muxtar ada
6.Somali-6 federal üzv dövlət
🌏 5. Okeaniya
Burada federasiyalar əsasən ada dövlətləridir.
№-Ölkə-Federativ vahidlər
1.Avstraliya-6 ştat + 2 federal ərazi
2.Mikroneziya Federativ Dövlətləri-4 ştat
Aygün Qurbanova
MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12