İnkişaf etmiş ölkələr (İEÖ)
- Yazar
- 18-yan-2026, 12:15
- 21 Baxış
İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20-30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya (şəhər əhalisinin payı) və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir.
İEÖ-i bir neçə yarımqrupa bölmək olar. Birinci yarımqrupa iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. Onlara “böyük yeddilik*” də deyilir (ABŞ, Yaponiya, AFR, Fransa, Böyük Britaniya, İtaliya və Kanada). Bu ölkələrin payına dünyanın ümumi və sənaye məhsulları istehsalının 40%-dən çoxu düşür. Onlar üç iri inkişaf mərkəzində - Qərbi Avropa, Şimali Amerika və Şərqi Asiyada yerləşirlər.
İkinci yarımqrupa Qərbi Avropanın iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri olan İsveçrə, Avstriya, Belçika, Niderland, İsveç, Norveç, Danimarka, Finlandiya, İslandiya və Lüksemburq daxildir. Bu ölkələrdə yüksək texnologiyaya malik olan sənayedə istehsal edilən məhsulların çoxu ixrac edilir, əsas gəlirləri qeyriistehsal sahələrindən (bank işləri, xidmət sahələri, turizm və s.) formalaşır.
“Köçürmə kapitalizm ölkələri* ” olan Avstraliya İttifaqı, Yeni Zelandiya, CAR, İsrail üçüncü yarımqrupu təşkil edir. İsraildən
Orta inkişaf səviyyəsinə malik olan ölkələrə İspaniya, Yunanıstan, Portuqaliya və İrlandiya aiddir.
1997-ci ildə Asiyada yerləşən Koreya Respublikası və Sinqapur, 2001-ci ildə Kipr İEÖ qrupuna daxil edilmişdir. Kipr 2004-cü ildən Avropa İttifaqının üzvüdür. Bu yarımqrupa daxil olan ölkələr ÜDM-in hər nəfərə düşən həcminə görə iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə yaxınlaşır. Onlar mürəkkəb təsərrüfat strukturuna malikdirlər, o cümlədən xidmət sahələri sürətlə inkişaf edir, dünya ticarətində fəal iştirak edirlər.
Aygün Qurbanova
MİQ, sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12