İqtisadi və sosial coğrafiya

İnkişaf etməkdə olan ölkələr (İEOÖ)

  • Yazar
  • 18-yan-2026, 12:26
  • 6 Baxış

  

İnkişaf etməkdə olan ölkələrə Şərqi Avropa, Asiya, Afrika, Latın Amerikasında yerləşən əksər ölkələr aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar. Onların əksəriyyəti hazırda da iqtisadi cəhətdən asılı vəziyyətdədir. İEOÖ iqtisadi və sosial inkişaf səviyyələrinə görə geri qalırlar. İqtisadiyyatın mineral-xammal və aqrar-xammal istiqaməti bu ölkələr üçün səciyyəvidir. İEOÖ-də urbanizasiyanın səviyyəsi əsasən aşağı olur, əhalinin təbii artımı yüksəkdir, həyat səviyyəsi aşağıdır.

İEOÖ-in təsərrüfatında faydalı qazıntıların hasilatı və satışı mühüm yer tutur. Bu qrup ölkələrə mineral-xammal ölkələri deyilir. İEOÖ-in əksəriyyəti üçün kənd təsərrüfatı məhsullarının becərilməsi, onların xammal kimi ixracı da aiddir. Belə ölkələr aqrar-xammal ölkələri adlanır.

İEOÖ arasında böyük fərqlər olduğuna görə onları aşağıdakı kimi qruplaşdırırlar:

Əsas ölkələr ( Braziliya, Meksika, Hindistan və Çin ) güclü potensiala malikdir, ÜDM-in miqdarına görə dünyada ilk 20 ölkə sırasına daxildir, hər nəfərə düşən ÜDM-ə görə isə İEOÖ-lərlə eyni sırada dururlar. Bəzi emal sənayesi sahələri yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edir.

Honqkonq şəhəri hazırda dünyanın
əsas iqtisadi mərkəzlərindən biridir

Neft ixrac edən ölkələrdə onun satışından əldə edilən gəlirlər hesabına hər nəfərə düşən ÜDM 10-15 min dollardan çoxdur. Onlara Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, Oman və Bəhreyn aiddir.

Yeni sənaye ölkələri* (YSÖ) güclü emal sənayesi sahələrinə malikdirlər və nisbətən yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənirlər. XX əsrin 70- 80-ci illərində əsasən Asiyada yerləşən ölkələr sosial-iqtisadi inkişaf tempinə görə qabaqcıl yer tutmuşlar. YSÖ xarici investisiya, idxal edilən texnologiya, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsi hesabına son vaxtlarda elmtutumlu sənaye məhsulları istehsal edirlər. Yeni sənaye ölkələrinə İndoneziya, Tailand, Malayziya, Filippin, Uruqvay, Çili, Argentina və s. aiddir. Bəzən əsas ölkələr qrupunda olan Hindistan, Braziliya, Meksika, Türkiyə də yeni sənaye ölkələrinə (YSÖ) daxil edilir.

Keçid dövründə olan ölkələrin bir hissəsi son vaxtlarda müstəqillik əldə etmiş, digərlərində siyasi sistem dəyişmişdir. Bu qrupa Şərqi Avropanın, Asiyanın keçmiş və hazırkı sosialist ölkələri aiddir.

Son vaxtlar İEÖ və İEOÖ-n bir neçə qruplaşması yaranmışdır.
Onlardan biri də BRİKS adlanır. Bura Braziliya, Rusiya, Hindistan,
Çin və CAR aiddir.
AVRASİYA ÖLKƏLƏRİNİN SOSİAL-İQTİSADİ
İNKİŞAF SƏVİYYƏSİNƏ GÖRƏ BÖLGÜSÜ
Avrasiya ölkələrinin təsnifatı
                                                                                                                                                                                                   Aygün Qurbanova
MİQ, sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz
Əlaqə: 050-768-97-12
 

Mamedoğlu | Veb Dizayn və Proqramlaşdırma Xidmətləri
img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 9 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?