Azərbaycanda qış fəsli başlayır
- Yazar
- 21-dek-2025, 20:57
- 27 Baxış

Qış fəsli Azərbaycana daxil olur
Bu gün Azərbaycanda qış fəsli rəsmi olaraq başlayır. Astronomik hesablamalara əsasən, qış saat 19:03:01-də daxil olacaq. Bununla da Yer kürəsinin Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlanacaq.
Qışın daxil olduğu bu tarix ilin ən qısa gündüzü və ən uzun gecəsi ilə xarakterizə olunur. Belə ki, gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə təşkil edəcək. Bu hadisə qış gün dönümü adlanır və Günəş şüalarının Yerə ən kiçik bucaq altında düşməsi ilə əlaqədardır.
Mütəxəssislərin məlumatına görə, 2025-ci il qış fəslinin ümumi uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə olacaq. Qış fəsli temperaturun enməsi, yağıntıların artması və günəşlənmə müddətinin azalması ilə təbiətdə və insan həyatında mühüm dəyişikliklərə səbəb olur.
Aygün Qurbanova